
2022




MİSSİYAMIZ...
Məqsədimiz əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gündə layiqli davamçı, cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasətinə dəstək olaraq, ölkəmizdə kütləvi bədən tərbiyəsi və idmanı, sağlam həyat tərzini təbliğ etmək, kəndirlə mübarizə idman növünü inkişaf etdirmək, yeniyetmə və gəncləri pis vərdişlərdən və istifadəsi qadağan olunmuş dərman vasitələrindən uzaq tutmaq, onları idmana cəlb etmək, vətənpərvər ruhda böyümələrinə dəstək olmaq, idmanda sağlam rəqabəti təmin etmək, idmanda gender bərabərliyini qorumaq və beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı yüksəltmək və himnimizi səsləndirməkdir!
Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm!
Hörmətlə,
İdarə Heyətinin sədri , Elnur Şıxəliyev

TARİX...
Kəndirlə mübarizə idman növünün mənşəyi qeyri-müəyyəndir, lakin bu idman növü Kamboca , Qədim Misir, Hindistan, Yunanıstan və Çində tətbiq olunurdu . Tan sülaləsinin "Fenq qeydləri" kitabına görə , bu idman növü ( 8-5-ci əsrlərdə) Çu əyalətinin hərbi komandiri tərəfindən döyüşçülər yetişdirmək üçün istifadə edilmişdir. Tan sülaləsi dövründə Tan imperatoru Xuanzonq 167 metr (548 fut) uzunluğa qədər olan iplərdən və ipin hər bir tərəfində 500-dən çox adamdan istifadə edərək geniş miqyaslı dartmaq oyunlarını təbliğ edirdi. İştirakçıları həvəsləndirmək üçün hər tərəfin öz nağaraçılar komandası da var idi. Qədim Yunanıstanda kəndir dartma oyunları güc üçün istifadə edilən ən populyar oyunlar arasında idi. Arxeoloji sübutlar 12-ci əsirdə bu idman növünün Hindistanda məhşur olduğunu göstərir. 1500-1600-ci illərdə Fransa və Böyük Britaniyada kəndirlə mübarizə turnirləri populyar olmağa başladı. Bu idman növü 1900-cü ildən 1920-ci ilə qədər Olimpiya Oyunlarının bir hissəsi idi. Hal-hazırda Dünya Oyunlarının proqramına daxildir. 2015-ci ildə (10.COM) Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
TƏQVİM 2023
1.Avropa Çempionatı (Q.M) - Almanya,Mannheim (04.2023)
2.Azərbaycan Kuboku (Q.M) - Azərbaycan,Bakı (04.2023)
3.Turan Kuboku (Q.M) - (Türkdilli ölkələr) Şuşa, Azərbaycan (05.2023)
4.Milli Çimərlik Çempionatı
(A.M) - Azərbaycan,Bakı (08.2023)
5.Azərbaycan Çempionatı (A.M) - Azərbaycan,Lənkəran (09.2023)
6.Qələbə İdman Festivalı (Q.M) - Azərbaycan Bakı (10.2023)
7.Avropa Çimərlik Çempionatı (A.M) - Tükiyə,Mersin (10.2023)
8.Avropa Kuboku (Q.M) - Latviya, Saldus (11.2023)
9.Azərbaycan Çempionatı (Q.M) - Azərbaycan,Bakı (12.2023)
10.Press Konfrans
İlin yekunları və gələn ilin planları....(12.2023)
Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin rəsmi veb səhifəsi
Müəllif hüququ qorunur!
Bakı 2023

