top of page
gtgtgtg5tgt.png

"Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti " ictimai birliyi  -  Avropa Kəndirlə Mübarizə Federasiyasının (ETWF) idarə heyətinin 13 mart 2022-ci il  tarixli qərarına  əsasən "Tug of War Azerbaijan" nümayəndəlik kimi fəaliyyətə başlamışdır. Həmin qərara əsasən Avrasiya Natural Bodibildinq və Fitnes Assosiasiyasının və INBA Qlobal Azərbaycan birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Dr.Elnur Şıxəliyev qurumun rəhbəri təyin olunmuşdur.

16 sentyabr 2022-ci il tarixdə Gənclər və İdman Nazirliyinin vəsadəti əsasında Ədliyyə nazirliyində dövlət qeydiyyatına alınmışdır.

Çəmiyyət qısa zaman ərzində kəndirlə mübarizə idmanının inkişafı üçün  bir çox yarışlar və tədbirlər təşkil etmişdir.

8 aprel 2022-ci il tarixdə Milli Olimpiya Komitəsinin dəstəyi ilə OCEP layihəsi çərçivəsində 189-190 nömrəli tam orta məktəbdə məktəb birinciliyi,  25 may 2022-ci il tarixdə Şuşa rayon YAP Təşkilatının və Şuşa rayon Təhsil idarəsinin dəstəyi ilə Müstəqillik gününə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə Şuşa rayonu məktəblərarası birinciliyi, 18-19 iyun 2022-ci il tarixdə "Qələbə" İdman Festivalının proqramına daxil olan kəndirlə mübarizə çempionatı, 28 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Gİİ-in dəstəyi ilə Sumqayıt şəhər bulvarıda çimərlik çempionatı, 02 noyabr  2022-ci il tarixdə Bakı şəhər Gİİ--in və Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının dəstəyi ilə Mühafizə Alayının çempionatı, 10-11 dekabr 2022-ci il tarixdə  Gənclər və İdman Nazirliyinin və Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında Azərbaycan çempionatı təşkil olunub.

Həmçinin 18 dekabr 2022-ci il tarixdə "İlin yekunları və gələn ilin planları"-na həsr olunmuş press konfrans keçirilib...

Baş katib

Xəzinədar

Mətbuat katibi

Vitse - president

Məşqçilər heyəti

İcracı direktor

Hakimlər heyəti

Tibb komissiyası

Prezident

Vitse - president

QAYDALAR

Kəndirlə Mübarizə idman növü  Bağlı məkan (indoor) və Açıq məkan (outdoor) olmaqla  2 kateqoriyada tətbiq olunur. Hər komanda 10 idmançı ilə təmsil olunur. 8 idmançı əsas heyətdə, digər 2 idmançı əvəzedici heyətdə yer alır. Bəzi yarışlarda idmançıların sayı əsas heyətdə 6 nəfər olur. Beynəlxalq qaydalara əsasən yarışlar yeniyetmə, gənclərU23 və böyüklər arasında təşkil olunur. Yarışlarda istifadə olunan kəndirin uzunluğu 33  m təşkil edir. Kəndirin en kəsiyi 36 mm  olmalıdır. Kəndir əsasən bitki tərkibli liflərədən istehsal olunur. Yarış zonsının uzunluğu 36 m, eni isə 1-1,2 m olmalıdır. Yarış zonasında 1 mərkəz hakim, 2 yan hakim və hər komandanın məşqçisi yer alır. Həm qapalı həmdə açıq məkanda yarışmaq üçün istifadə olunan idman ayaqqabıları fərqli olur. Yarışan komandaların üzvləri eyni rəngdə geyinməlidirlər. Məşqçinində geyimi komandanın geyiminə uyğun olmalıdır.

Çəki kateqoriyaları:

Yeniyetmələr  (14 yaşı tamam olduğu ilin əvvəlindən, 18 yaşı tamam olan ilin sonuna qədər) - oğlanlar 560 kg, qızlar 480 kg, mixed (4 qız, 4 oğlan ) 500 kg 

Gənclər (16 yaşı tamam olduğu ilin əvvəlindən, 22 yaşı tamam olan ilin sonuna qədər) - oğlanlar 560 -600 kg, qızlar 500 kg, mixed (4 qız, 4 oğlan ) 520 kg 

Böyüklər - (16 yaşı tamam olduğu ilin əvvəlindən) kişilər 640-680-720 kg, qadınlar 520 -540 -560 kg, mixed (4 qız, 4 oğlan ) 580 kg 

Beynəlxalq Kəndirlə Mübarizə Federasiyası (TWIF) - Beynəlxalq Olimpiya Komitəsinin (IOC), Beynəlxalq İdman Federasiyaları Qlobal Assosiasiyasının (GAISF), Beynəlxalq Olimpiya Komitəsi Tərəfindən Tanınan Beynəlxalq İdman Federasiyaları Assosiasiyasının (ARISF) və Dünya Antidopinq Agentliyinin  üzvüdür.

Dünya oyunlarının programına daxildir!

bottom of page