top of page
Siyah Arka Plan

18 dekabr 2022-ci il tarixdə Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin və INBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə "ilin yekunları və gələn ilin planları" -na həsr olunmuş press konfrans keçirilib. Konfransada hər iki qrumun prezidenti, beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şıxəliyev izləyicilərə 2022-ci ildə qazanılan uğurlar və görülən işlər barədə ətraflı məlumat verib. Sonra il ərzində fərqlənən idmançılara, məşqçilərə və hakimlərə fəxri adlar verilib.

Mahir Talıbov "İlin hakimi", Tural Qurbanov isə "İlin məşqçisi adına layıq görülüblər.

Həmçinin konfransda yığma komandanın tərkibi iştirakçılara təqdim edilib.

2023-cü ildə kəndirlə mübarizə idman növü üzrə təşkil olunacaq beynəlxalq yarışlarda ölkəmiz 50 idmançı ilə təmsil olunacaq.

10-11 dekabr 2022-ci il tarixdə Gənclər və İdman Nazirliyinin, Milli İdman Növləri Assosiasiyasının dəstəyi və Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə yeniyetmə və gənclər arasında 1-ci Azərbaycan birinciliyi və böyüklər arasında 1-ci Azərbaycan çempionatı keçirilib. Yarışda 300 -dən artıq idmançı birincilik və çempionluq uğrunda mübarizə aparıb.
Yarışdan öncə təşkilat komitəsinin üzvləri tərəfindən Ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarı üzərinə Əklil və gül dəstələri qoyulub. 
Bakı İdman Sarayında baş tutan birincilik və çempionatda uğur qazanan komandaların idmançıları milli komandanın heyətinə qəbul olunublar.